Ukraynanın hücumunun əsas məqsədi - Putini devirmək və... 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın hücumunun əsas məqsədi - Putini devirmək və... 

Dünya

27 Avqust 2024 15:20 1625


Rusiya və Ukrayna arasında davam edən müharibə yeni mərhələyə qədəm qoyub. Baş verən məlum hadisələrdən sonra biz bunu tam əminliklə söyləyə bilərik. 

Münaqişənin başladığı tarixdən, yəni 2022-ci ilin fevralından bəri Ukrayna tərəfi ilk dəfədir ki, döyüşləri Rusiya ərazisinə keçirməyi bacarıb. Moskva Ukrayna ilə sərhəddə yerləşən Kursk və Bryansk kimi vilayətlərin bir sıra ərazilərində geri çəkilməyə məcbur olub. Digər tərəfdən, Kiyevin raketləri artıq bir sıra Rusiya şəhərlərini vurur.

Düzdür, bütün bunları Ukraynanın təşəbbüsü ələ alması və ya Moskvanın ciddi məğlubiyyəti kimi dəyərləndirmək düzgün olmaz, nəzərə almaq lazımdır ki, rus ordusunun Ukrayna ərazisindəki şiddətli hücumları hələ də davam etməkdədir. Lakin görünən reallıq odur ki, Rusiya əhalisi müharibənin sərt üzünü görməyə başlayıb. Dominos pizza

Müharibənin gedişində iqtisadi və sosial olaraq zərbə altında qalan ruslar, artıq əyani təhdid altındadır. Bu isə çoxdan müharibənin hərtərəfli fəsadlarından bezmiş rusları Putinə qarşı təzyiqlərə sövq edə bilər. Yüksək ehtimalla Zelenski və Qərbin məqsədi də elə budur. Rusların Putinə qarşı hansısa kəskin etirazı onsuz da cəmiyyət olaraq olduqca kövrək olan Rusiyada daxili qarşıdurmaya, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər. 

Nəzərə alaq ki, Ukraynanın ələ keçirdiyi ərazilər Rusiyanın işğal etdiklərinin yanında su damlası qədər belə deyil. Ukrayna ordusunun daha da irəliləməsi isə real görünmür. Amma bu hücum eyni zamanda rusların da tükəndiyini göstərir. Hərbi ekspertlərin fikrincə, Kursk və Bryansk istiqamətində itirilmiş əraziləri qaytarmaq üçün Rusiyaya təxminən 40-50 min nəfərlik canlı qüvvə və xeyli sayıda hərbi texnika lazımdır. Moskva isə hələki hər hansı irimiqyaslı hərbi əməliyyat təşkil edə bilmir. Bu rusların hərbi və iqtisadi baxımdan olduqca zəiflədiyindən xəbər verir. Zənnimcə, Kiyev psixoloji qələbə qazanmaq niyyətindədir. Tarixdə baş verən bütün müharibələrin kökündə məhz bu dayanıb. Rusiya isə onsuz da məğlubdur, Ukraynaya olmasa da, Qərbə məğlubdur... 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!