Ukraynanın müdafiə naziri sülh danışıqlarının şərtini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın müdafiə naziri sülh danışıqlarının şərtini açıqladı

Dünya

11 Avqust 2022 11:48 906


Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb.

Yenisabah.az “Ukrinform”a istinadla xəbər verir ki, o deyib:

“Rusiya ilə danışıqlar o zaman mümkündür ki, Ukraynanın tərəfdaşları masa arxasnda əyləşsin. "Referendum" keçiriləcəyi halda, biz heç bir danışıqlardan söhbət getməyəcək. Amma rusiyalılarla danışıqlar şansı mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq”. pizza mizza

Reznikov, həmçinin, xatırladıb ki, "Minsk-3" razılaşmasını əldə etməyin mənası yoxdur.

Nazirin fikrincə, Ukraynadakı müharibə Suriya və Koreya ssenarisi ilə bitə bilməz: “Yeganə variant Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməyinə inanmaqdır. Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz. Həmçinin Suriya ssenarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, kollektiv Qərbdir".

Xatırladaq ki, daha əvvəl ekspertlər savaşın qış ayında bitəcəyini istisna etməmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!