Ukraynanın yeni müdafiə naziri vəzifəsinə əsas namizəd olan Rüstəm Umerov Krım tatar icmasının aparıcı üzvü kimi tanınır və Rusiya ilə danışıqlarda əsas rol oynayıb.
Yenisabah.az Guardian-a istinadla xəbər verir ki, o, Özbəkistan Respublikasında anadan olub. Ailəsi Stalinin hakimiyyəti illərində bu ölkəyə sürgün olunub və 1980-1990-cı illərdə tatarların Krıma qayıtmasına icazə verildikdən sonra Ukraynaya qayıdıb.
41 yaşlı Rüstəm Umerov telekommunikasiya sənayesində çalışıb və 2019-cu ildə Ukrayna parlamentinin deputatı seçilib. Toyuqlu pizza
O, Ukrayna parlamentində “Krım platforması”na rəhbərlik edib, habelə uzun illər Krım tatarlarının lideri Mustafa Cəmilovun müşaviri vəzifəsini tutub.
Telegram kanalımız