Ukraynaya dair danışıqlar başlamalıdır - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya dair danışıqlar başlamalıdır - Lukaşenko

Dünya

27 Oktyabr 2023 16:42 476


Aleksandr Lukaşenko Ukraynadakı münaqişə ilə bağlı ilkin şərt olmadan sülh danışıqlarının tez başlamasının vacibliyini bəyan edib.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, Belarus prezidenti bildirib:

"Görürsünüz, onlar, ukraynalılar var-gəl edirlər. Hətta amerikalılar onlara kömək etsələr, onlar artıq eyham vururlar, amma Ukraynada çoxlu ağıllı insanlar var. Danışıqlar masasına əyləşməliyik. Bir dəfə dediyim kimi, heç bir ilkin şərt lazım deyil. Əsas odur ki, “Stop” əmri versinlər. Saat 00.00-dan “Stop”: qoşun hərəkət etmir, heç kim atəş açmır, heç kim ehtiyat qüvvə göndərmir, kommunikasiyalar bərpa olunmur. Danışıqlara başlayırıq, ərazi və sülh haqqında" Dördpendirli pizza

Belarus prezidenti inanır ki, ukraynalılar Şərqi Ukrayna, Donbass və Krımla bağlı suallar qaldıracaqlar. Amma bu, Lukaşenkonun fikrincə, danışıqlar masası arxasında edilməlidir ki, insanlar ölməsin:

“Ukrayna üçün ən təhlükəlisi odur ki, orada silahlar olacaq, amma döyüşəcək heç kim qalmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!