Tanınmış aparıcı Ülvira Qarayevanın maşını soyulub.
Yenisabah.az xəbər verir ki, teleaparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib:
“Səhər məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar. Pepperoni pizza
Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar. Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?”
Telegram kanalımız