Azərbaycan 15 məhbusu azad edəndə, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəndə uğurlu ilk vasitəçiliyimiz oldu.
Yenisabah.az xəbər verir ki, bunu Davos İqtisadi Forumu çərçivəsində keçirilən panellərdən birində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
"Gürcüstanın qonşu dövlətlərlə, Azərbaycan və Ermənistanla çox sıx əlaqələri, tərəfdaşlığı var, onlar qardaş və dostdurlar", - deyə o əlavə edib. Marqarita pizza
Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin mövqeyi ondan ibarətdir ki, onlar ikitərəfli səviyyədə münasibətlər qurmaq istəyirlər və bu, Qaribaşvilinin fikrincə, düzgün yoldur.
“2 il əvvəl mən vasitəçilik və yardımçılığa cəhd etdim. Azərbaycan 15 məhbusu azad edəndə və Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəndə biz uğurlu ilk vasitəçilik etdik. Bu, uğurlu cəhd idi. Amma bu çox çətin vəziyyətdir.
Başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var. Onu da əlavə edim ki, Azərbaycan və Ermənistan liderlərinin bir-biri ilə ikitərəfli səviyyədə əlaqələr qurmaq istəmələri ilə bağlı mövqeyini bilirəm. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçi ilə, bu qədər maraqlı tərəflə proses bəzən daha çox konfliktli və əks-məhsuldar xarakter alır. Buna görə də, onlara uğurlar arzulayıram.
Mən həqiqətən ümid edirəm ki, onlar yaxın gələcəkdə həll yolunu tapacaqlar və sülh sazişi imzalayacaqlar”.
Telegram kanalımız