Universitetlərə qəbulda keçid balları artacaq?

saytların hazırlanması

Evə çatdırılma

Universitetlərə qəbulda keçid balları artacaq?

Sosial

04 Yanvar 2025 14:33 494


Hər il ali məktəblərə qəbul imtahanları üzrə keçid ballarında dəyişikliklər olur. Ballar ya azalır, ya da artır. Bəs bu illə bağlı proqnozlar necədir, ciddi dəyişikliklər gözlənilirmi?

Yenisabah.az  Xəzər TV-yə istinadla xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzunu şərh edib. Bildirib ki, yerlərin sayının artırılması nəzərdə tutulsa da, bu il keçiriləcək qəbul imtahanlarında balların enməsi gözlənilmir.

Onun sözlərinə görə, 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına nəzər saldıqda bu il qəbul yerlərinin sayının 5-8 min arası artacağı proqnozlaşdırılır. Pepperoni pizza

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asan salınacağı gözlənilir. Bu səbəbdən də qəbul faizi yüksək ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!