Urmiya gölünün rəngi dəyişməyə başladı

saytların hazırlanması

Evə çatdırılma

Urmiya gölünün rəngi dəyişməyə başladı

Dünya

16 May 2024 20:25 816


Havanın istiləşməsi ilə yosunların və bakteriyaların aktivləşməsi artır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, aktivləşmə o deməkdir ki, gölün səthinin duzluluq səviyyəsi artdıqca mavi və yaşıl yosunların sayı azalır, qırmızı yosunların sayı isə kəskin şəkildə artır. Sezar pizza

“Dunaliella salina” adlı yosunlar normalda mavi və yaşıl rəngdədir və havalar isindikcə buxarlanma çoxalır, göl yatağının duzu əriyəndə suyun duzluluğu artır. Daha sonra isə yosunların rəngi yaşıldan qırmızıya doğru dəyişir.

Qeyd edək ki, Urmiya gölündə əmələ gələn bu yosunların 12 növü var ki, gölün suyu qatılaşan kimi rəngli olurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!