“Uşağa cipsi, papaq, pul verib demişdi ki…” - “TikToker” Əhmədi qətlə yetirən Salehin yaxınları danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Uşağa cipsi, papaq, pul verib demişdi ki…” - “TikToker” Əhmədi qətlə yetirən Salehin yaxınları danışdı

Kriminal

13 Noyabr 2023 18:21 7960


Yevlaxda öldürülən şəxs 5-ci sinif şagirdinə hədiyyələr verib, daha sonra onu hədələyirmiş.

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Unikal"a 32 yaşlı Əhməd Nəsibovun qətli ilə bağlı hadisəni törətməkdə  şübhəli bilinən Yevlax rayon sakini Saleh Əliyevin bacısı Gülnar Məmmədova deyib.

O bildirib ki, hər şey Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib. Dördpendirli pizza

Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona cipsi verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib. Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.

Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi  Əhməd Nəsibovu taparaq onu odlu silahla qətl edib.

Qeyd edək ki, Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mətbəx işləri
    Uşaq dedikkeri kimdi..oglandı qızdı..kimdi bu uşaq nece yaşındadı???
    3 years ago
  • Möhübbət
    Səbr edən şəxs Allahın dostudur
    3 years ago