Uşaq bağçasında görün nə tapıldı? -   Ərazi nəzarətə alındı!

saytların hazırlanması

Evə çatdırılma

Uşaq bağçasında görün nə tapıldı? - Ərazi nəzarətə alındı!

Hadisə

12 May 2026 10:43 469


Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında həyəcanlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib. Dominos pizza

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!