Uşaq evində qoturluq yayıldı - TƏBİB təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Uşaq evində qoturluq yayıldı - TƏBİB təsdiqlədi

Sosial

04 Noyabr 2024 16:50 567


3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

TƏBİB-dən bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub: Dördpendirli pizza

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!