Uşaq evlərinin 41 əməkdaşı cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Uşaq evlərinin 41 əməkdaşı cəzalandırıldı

Sosial

05 Noyabr 2024 15:51 326


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2, 3, 4 və 6 saylı Uşaq Evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evində nöqsanlar aşkarlayıb.

Yenisabah.az xəbər verir ki, həmin müəssisələrdə bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması və s. hallar müəyyən olunub.

Ümumən 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. 33 nəfər töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!