“Uşaq kimi sevirsə, onunla evlənsin” - Xanəndə

saytların hazırlanması

Evə çatdırılma

“Uşaq kimi sevirsə, onunla evlənsin” - Xanəndə

Şou

14 Mart 2023 14:11 803


“Düzü mən də istəmirdim. Lakin onların elə bir istedadı olardı ki, susub qalardım. Axı Ramal İsrafilov və Mirkamil kimi səsləri olmadı. Rəssamlığın özü də bir istedaddır. O da incəsənətin bir qoludur”.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhər mərkəzi” verilişində Xalq artisti Mələkxanım Eyubova övladları haqda deyib.

Xanəndə bildirib ki, bir valideyn kimi uşaqlarının seçimlərinə qarışmağı sevmir: pizza sifarişi

“Qızım Nəzrin Aybəniz Haşımovanın “Bülbüllər” qrupunda oxuyurdu, festivallara gedirdilər. Bir hobi idi. Böyüdükcə hiss etdi ki, Nəzrin bu sənətə gələ bilməz. Mədəniyyət və İncəsənət Universitetini bitirdi, ardınca Rəssamlıq Akadmeiyasına qəbul olundu. Böyük oğlum proqramistdir. Kiçik oğlum ADA Univeristetində oxuyur.

Böyük qızım ailəlidir. Bir ana kimi tərəfdar deyiləm, valideyn desin ki, bu yolla get, filankəslə evlən, bu işi gör. Valideyn istiqamətləndirə bilər. Uşağın hansı sahəyə meyili varsa, onu inkişaf etdirməlidir. Bəzi valideynlər övladının səsi olmadığı halda deyir, oxuyan olmalıdır. Kimi sevir onunla evlənsin, hansı sənəti istəyirsə, ona tərəf getsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!