“Üzeyir Mehdizadə ayağını çölə qoyan kimi...“ - Prodüser

saytların hazırlanması

Evə çatdırılma

“Üzeyir Mehdizadə ayağını çölə qoyan kimi...“ - Prodüser

Şou

11 Avqust 2022 16:17 1215


“Mahnı var, iliyə işləyir, mahnı da var, sümüyü oynadır. Bu o demək deyil ki, həmin mahnılar sevilir. Sevilməklə dinlənilmək fərqli-fərqli anlayışlardır”.

Yenisabah.az Yenicag-a istinadla xəbər verir ki, bunu prodüser Oqtay Əliyev  deyib.

“Mahnıların “YouTube”da izləmə rekordu qırması heç də həmin mahnıların keyfiyyət göstəricisi sayılmır”, – deyən prodüser musiqiləri trend olan müğənnilər barədə danışıb: pizza

“Mahnıları “YouTube”da trend olan ifaçılar arasında elə müğənnilər var ki, 100-200 milyon baxış sayı var. Biri elə Üzeyir Mehdizadə, ayağını çölə qoyan kimi adamlar ondan ötrü özünü öldürür. Pisdir-yaxşıdır, trenddir, nədir, bilmirəm, amma onu bilirəm ki, bu, faktdır. Aralarında elə müğənnilərin də mahnıları ola bilər ki, bir-iki gün trenddə olar, sonra trenddən çıxar.

Bəli, elə mahnılar var ki, çox adam onları qəbul etmir. Ancaq insanlar tərəfindən dinlənilir. Demirəm ha, sevilir. Sevilməklə dinlənilmək bir-birindən fərqli anlayışdır. Sadəcə dinlənilir. O mahnıları qoyub, oynayırlar. Bir-iki dəfə oynayırlar, vəssalam.

Təbii ki, bu mahnılar keyfiyyət göstəricisi sayılmır. Keyfiyyət göstəricisi odur ki, illərlə o mahnı yeni aranjiman edilsin, yeni sənətçilər tərəfindən oxunsun, yeni nəfəs verilsin, sevilsin və qəbul edilsin. O birilər gilas, çiyələk kimi mövsümü mahnılardır, oxundu, bitdi. Bir var, mahnı iliyə işləyə, bir də var sümüyə. İliyə işləyənlər uzun müddət qalır, sümüyü oynadan mahnılar tam fərqlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!