Qəzza-İsrail savaşından ən çox Rusiya faydalandı.
Yenisabah.az Fars-a istinadla xəbər verir ki, bunu Həsən Ruhnmi administrasiyasının keçmiş üzvü, Moderasiya və İnkişaf Partiyasının siyasi ofisinin rəhbəri Mahmud Vaezi deyib.
Onun fikrincə, İranın regionda fəal və təsirli rol oynaması və fəallığı Tehranın regiondakı rolu və gücünü artıracaq. Dominos pizza
M. Vaezi qeyd edib: "Yaxın Şərq həmişə mühüm bir bölgə olub və buna görə fövqəlqüdrətlər onun işlərinə və idarəçiliyinə təsir göstərmək üçün həmişə müdaxilə ediblər. Regionun geosiyasəti hazırda əsaslı dəyişikliklərə məruz qalır. Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri iqtisadi inkişafa doğru irəliləmək istəyir, regionda sabitlik və təhlükəsizlik istəyirlər. İranın regionda fəal və təsirli rol oynaması və fəallığı İranın rolu onun gücünü artıracaq".
O əlavə edib: "Oktyabrın 7-nə qədər bütün ABŞ və Avropa ölkələri Ukrayna müharibəsində Rusiyanı zəiflətmək və cəzalandırmaq istəyirdilər, lakin HƏMAS-ın sionist rejimə qarşı sarsıdıcı hücumundan sonra Yaxın Şərq və Fələstin məsələsi bu ölkələrnin prioritet mövzusu oldu. Ukrayna məsələsi bir kənara qoyuldu və Qəzza-İsrail savaşından ən çox Rusiya faydalandı".
Telegram kanalımız