Vahid Ələkbərov İlham Əliyevi təbik etdi

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərov İlham Əliyevi təbik etdi

Siyasət

19 Fevral 2024 20:13 764


Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz Sizin bütün təşəbbüslərinizin əsasında hər şeydən əvvəl ümumbəşəri dəyərləri əsas götürən, ölkəni dinamik inkişaf və tərəqqi yolu ilə inamla irəli aparan tərəqqipərvər və təcrübəli rəhbər kimi xalqın etimadını qazandığınızı təsdiq edir. pizza sifarişi

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, dost Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!