Valideynlər məktəbli formaları almağa başladılar

saytların hazırlanması

Evə çatdırılma

Valideynlər məktəbli formaları almağa başladılar

Sosial

26 Avqust 2020 23:15 1499


Artıq məktəbli forması almaq üçün valideynlər müraciət etməyə başlayıblar.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. Onun sözlərinə görə, alıcı sayı ötən illərə nisbətən zəifdir:

"Hazırda təhsil müəssisələri bağlı olduğu üçün forma üçün müraciət edənlərin sayı elə də çox deyil, amma buna baxmayaraq valideynlər tək-tək gələrək forma alırlar. Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır". Pepperoni pizza

E.Əzimov vahid məktəbli formaları ilə bağlı bir neçə modelin hazırlanaraq təklif kimi Təhsil Nazirliyinə göndərildiyini də bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!