Dünya şöhrətli aksiyon film ulduz Jan-Klod Van Damm yaxın zamanda Bakıya səfər edə bilər.
Yenisabah.az axşam-a istinadən xəbər verir ki, bu barədə məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov aparıcı Lalə Azərtaşın yutub layihəsinə müsahibəsində deyib.
O, səfərin bu həftənin sonunda baş tuta biləcəyini vurğulayıb. O, bildirib ki, yaxın dostu aktyoru Bakıya gətirəcəyinə söz verib: pizza hut
"Jan-Klod Van Dammın filmləri ilə böyümüşəm, onun hərəkətlərinə baxaraq döyüşməyi öyrənmişəm. Ola bilsin ki, mənim son döyüşümdə iştirak etsin".
Qeyd edək ki, sentyabrın 10-da Milli Gimnastika Arenasında Zabit Səmədovun vida döyüşü baş tutacaq. Onun rinqdəki rəqibi qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü Antonio Silva olacaq.
Telegram kanalımız