“Vaqner”çilər miqrant adı altında Polşaya soxulur” - İddia

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner”çilər miqrant adı altında Polşaya soxulur” - İddia

Dünya

31 İyul 2023 14:09 826


“Vaqner”çilər miqrant adı altında Polşaya soxulur”.

Yenisabah.az “Polsat News”a istinadla xəbər verir ki, bunu yerli PN telekanalının efirində keçmiş mədəniyyət naziri və Belarusun Polşa, Fransa və İspaniyadakı keçmiş səfiri, ölkədən qaçmış müxalifətçi Pavel Latuşko deyib.

O bildirib: “Polşanı yeni təlaş dalğası bürüyüb. Yerli sakinlər əmindirlər ki, Belarusdan ölkəyə qeyri-qanuni mühacirlər daxil olur, onlar, əslində. “Vaqner” qrupunun döyüşçüləridir”. Pepperoni pizza

Xatırladaq ki, Polşanın Baş naziri Mateuş Moravetski ölkə silahlı qüvvələrinin Polşa-Belarus sərhədində gücləndirilməsi barədə göstəriş verib.

Bu, “Vaqner”in Kalininqrad bölgəsini Rusiyanın qalan hissəsindən ayıran Suvalki dəhlizindən keçə biləcəyi qorxusu ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!