Müğənni Vasif Məhərrəmlinin bu gün dünyasını dəyişən həmkarı müğənni-bəstəkar Rəhim Rəhimliylə bağlı paylaşdığı video izləyicilərinin qınağına tuş gəlib.
Uzun müddətdir, mərhum həmkarıyla küsülü olan müğənninin Rəhim Rəhimlini məclisə çağırmasına, mərhumun isə ayaqlarının şişdiyini əks etdirən videosunu ona göndərib, üzrxahlıq etməsinə bxmayaraq, Vasif Məhərrəmlinin həmkarının səhhətiylə vaxtında maraqlanmaması, incikliyini davam etdirməsi, öldükdən sonra isə video paylaşaraq təəssüflənib rəhmət diləməsini izləyiciləri səmimi qarşılamayıb. Müğənnini bu hərəkətiylə müsbət imic qazanmağa çalışdığını iddia edərək, ona özünü qəhrəman kimi göstərməməsi tövsiyə olunub.
Yenisabah.az Vasif Məhərrəmlinin reaksiyasını öyrənməyə çalışıb. Vasif Məhərrəmli məsələyə bu cür münasibət bildirib: pizza mizza
"Hazırda başqa yerdəyəm. Mənim sizə cavab verməyə vaxtım yoxdur".
İmamət İSMYILOVA
Telegram kanalımız