Vasif Talıbov andiçmədə niyə iştirak etmədi?

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov andiçmədə niyə iştirak etmədi?

Siyasət

16 Fevral 2024 11:42 1307


Məlum olduğu kimi, İlham Əliyev fevralın 7-də keçirilən Prezident seçkilərində qalib gəlib. Fevralın 14-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Bu gün isə Milli Məclisdə İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

"Unikal"ın məlumatına görə, deputat Vasif Talıbov nə Prezidentin andiçmə mərasimində, nə də bu gün Baş nazirlə bağlı məsələyə görə keçirilən plenar iclasda iştirak etməyib.

Xatırladaq ki, Vasif Talıbov 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır. pizza sifarişi

Onu da qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbov 2022-ci ilin dekabr ayında istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!