“ABŞ Müdafiə naziri Lloyd Ostinin və dövlət katibi Entoni Blinkenin Avropaya səfər turnesi başlayıb. Görüşlər NATO-nun mənzil qərargahında keçirilir. Əsas mövzu Rusiyanı durdurmağın yollarını müzakirə etməkdir. Vaşinqton Moskvaya açıq mesaj göndərir ki, Donbasda növbəti müharibə Rusiyaya baha başa gələcək”.
Yenisabah.az xəbər verir ki, bunu “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, NATO Rusiyanın qərb sərhədlərində 40 minlik hərbi qüvvə ilə hərbi təlimlərə hazırlaşır: pizza sifarişi
“Təlimlərdə Ukrayna hərbçilərinin iştirakı da nəzərdə tutulub. Təsadüfi deyil ki, NATO baş katibi bununla əlaqədar olaraq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Gələcək hərbi təlimlərdə Rusiyanın mümkün hücumuna qarşı birgə müdafiə tədbirləri tətbiq ediləcək. Bu, Moskvaya mesajdır ki, Rusiya ordusu Ukrayna ərazisinə keçərsə, NATO prosesdən kənarda qalmayacaq”.
Elxan Şahinoğlu hesab edir ki, atılan bu addım Kiyev üçün azdır:
“Kiyevin əsas istəyi Ukraynanın NATO üzvlüyünə qəbuludur. NATO rəhbərliyində bu məsələ ilə bağlı yekdil fikir yoxdur. ABŞ, Türkiyə və Polşa Ukraynanın üzvlüyünü dəstəklədikləri halda, Fransa və Almaniya həmişəki kimi bunun əleyhinədirlər. Bununla Paris və Berlin əslində Rusiyanın əlinə oynayırlar”.
Telegram kanalımız