“Vasmoy bazarı” bağlanır? - Rəsmi   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Vasmoy bazarı” bağlanır? - Rəsmi AÇIQLAMA

Sosial

31 Avqust 2020 15:38 6244


Bakının məşhur “8-ci kilometr bazarı”nın bağlanması ilə bağlı bəzi saytlarda eləcə də sosial şəbəkələrdə məlumatlar yayılıb.

Yenisabah.az xəbər verir ki, Oxu.Az-ın müxbiri yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov 8-ci kilometr bazarı”nın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatların əsassız olduğunu deyib: pizza mizza

“Hazırda “8-ci kilometr ticarət mərkəzi” adlanan ərazi fəaliyyət göstərir. Bazarda kənd təsərrüfatı məhsullarının satışı gedir. Ola bilər ki, geyim satılan bölmələr bağlansın, amma bütün hallarda bu barədə dəqiq məlumatımız yoxdur. Belə bir şey olsa belə, qərarı biz vermirik. Özəl sahibkarlıq subyektidir, qərarları da özləri verir. Orada çalışan kiçik sahibkarlardan bizə bazarın bağlanması ilə bağlı şikayət daxil olmayıb. Bazar bağlansa, aidiyyəti üzrə qurumlar rəsmi açıqlama vermiş olardı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!