“Veçni Rəşad” yenidən həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

“Veçni Rəşad” yenidən həbs edildi

Kriminal

31 Avqust 2023 17:55 610


Tanınmış tiktoker Rəşad İsmayılov (“Veçni Rəşad” təxəllüslü) həbs edilib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. 

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.  pizza hut

Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub. 

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər. 

Qeyd edək ki, “Rəşad Veçni” bu ilin mart ayında da saxlanılmışdı. Həmin vaxt ona 10 sutkalıq həbs cəzası təyin edilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!