“Zirə”nin futbolçusu Vild-Donald Geryeyə qarşı iddia üzrə məhkəmənin vaxtı məlum olub.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində keçiriləcək proses aprelin 17-nə təyin edilib.
İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq. pizza sifarişi
Vild-Donald Gerye Azərbaycanı tərk etməsinə qadağa qoyula bilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi haitili oyunçu ilə bağlı məhkəməyə müraciət edib. Vergi borcu olan Geryenin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunub.
Xatırladaq ki, bu ilin yanvarında Kiprin “Olimpiakos” (Nikosiya) klubundan “Zirə”yə gələn Gerye daha əvvəl 2017-2019-cu və 2020-2021-ci illərdə “Qarabağ”ın, 2019-2020-ci illərdə “Neftçi”nin formasını geyinib.
Telegram kanalımız