Vəsiqəsi olmayan sürücüyə 10 sutka həbs

saytların hazırlanması

Evə çatdırılma

Vəsiqəsi olmayan sürücüyə 10 sutka həbs

Hadisə

28 İyul 2022 18:15 1245


Sumqayıt-Bakı xətti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslardan birinin sürücüsü həbs edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, “Ford Transit” markalı avtobusla sərnişin daşıyan Şamaxı rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Rüstəmlinin (şərti) sürücülük vəsiqəsinin olmaması məlum olub.

O, avtobusla Nəsimi rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının qarşısında olarkən yol hərəkəti qaydalarını pozub. Bu zaman yol polisi əməkdaşları Orxanı saxlayaraq sənədlərini tələb ediblər. Toyuqlu pizza

Sürücülük vəsiqəsi və etibarnaməsi olmayan Orxan isə polisə müqavimət göstərməyə başlayıb. Bundan sonra əraziyə 19-cu Polis Bölməsinin əməkdaşları dəvət edilib və sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Protokol iyulun 25-də Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtobusu sürücülük hüququ olmadan idarə edərək sərnişindaşıma fəaliyyəti göstərən şəxsə 10 sutka həbs cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!