Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların   YENİ SİYAHISI

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların YENİ SİYAHISI

Sosial

21 Dekabr 2020 17:40 1083


Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

Bu barədə Yenisabah.az-a nazirlikdən məlumat verilib.

"Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir. pizza

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!