Türkiyənin iri şəhərlərində Vətən Partiyası ölkənin NATO-dan çıxarılması üçün genişmiqyaslı kampaniyaya başlayıb.
Yenisabah.az “Aydınlık” qəzetinə istinadla xəbər verir ki, partiyanın baş katibi Doğu Perinçək bildirib:
"Türkiyənin Şimali Atlantika Alyansından çıxması ölkənin iqtisadi gələcəyinə müsbət təsir göstərəcək". pizza hut
Vətən Türkiyə Böyük Millət Məclisində (parlamentində) təmsil olunmur, bu partiyanın nümayəndələri Türkiyənin Avrasiya məkanı ilə sıx əməkdaşlığına fəal çağırış edir, həmçinin Krımı Rusiya ərazisi kimi tanıyırlar.
Telegram kanalımız