Vətəndaşların əmlakını məhv edən MTK rəhbəri həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların əmlakını məhv edən MTK rəhbəri həbs edildi

Kriminal

04 Sentyabr 2023 12:28 536


Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı "EAST Residence" Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair cinayət işi başlanılmaqla istintaq aparılır.

Yenisabah.az Milli.az-a istinadla xəbər verir ki, istintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sezar pizza

Hazırda istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!