Vətənpərvər Azərbaycan gəncliyi suverenliyin zəmanətidir

saytların hazırlanması

Evə çatdırılma

Vətənpərvər Azərbaycan gəncliyi suverenliyin zəmanətidir

Sosial

24 Oktyabr 2024 13:09 640


Hər bir xalqın gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Bu səbəbdən gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunur. 

Vətənpərvərlik anlayışınım dərin və tarixi kökləri var. Bu, insanın yurduna, xalqına, onun dilinə, adət və ənənələrinə məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlib. Vətənpərvərlik ən dərin, müqəddəs və ülvi hisslərdən, duyğulardan biridir. Hər bir şəxsin tarixi qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. 

Müasir Azərbaycan gəncliyinin intellektual səviyyəsi geniş olduğundan, vətənpərvərlik anlayışı da eyni çevrəni əhatə edir. Bu anlayış özündə bir sıra dəyərlərə söykənir. Gənclər üçün vətənpərvərlik anlayışı təkcə torpağa, vətənə bağlılıqla məhdudlaşmır, daha geniş arealda müxtəlif mövzuları əhatə edir. Bu baxımdan, müasir gəncliyin timsalında vətənpərvərlik hisslərini özündə təcəssüm etdirən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır.  Toyuqlu pizza

Xüsusən, müstəqillik əldə etdikdən sonra Azərbaycanda yetişən gənc nəsil öz bilik və bacarığı ilə fərqlənir. Bunun üzərinə sağlam ruh və intelekti də əlavə etsək, vətəni qorumağa qadir nəslin formalaşdığı qənaətinə gələ bilərik. Bütün sadalananlar heç şübhəsiz ki, gənclərin milli adət-ənənəyə sadiq, vətənpərvər ruhda böyüməsinə zəmin yaradır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan parlaq qələbə, gənclərimizdə vətənpərvərlik hisslərinin nə dərəcədə yüksək olmasının ən bariz nümunəsidir:

“Bizim Vətən müharibəsindən sonra qarşısımızda duran əsas vəzifələrdən biri, vətənpərvərlik hissini daha da yüksəltməkdən ibarətdir. İstər 44 günlük Vətən müharibəsində, istərsə də antiterror əməliyyatlarındakı uğurlarımızın mərkəzində məhz milli şüurun və vətənpərvərlik duyğularının yüksək səviyyədə olması durur. Şübhəsiz ki, gənclər arasında hərbi vətənpərvərlik işinin milli-mənəvi dəyərlər əsasında təbliğ edilməsi işğal altında olan torpaqlarımızın azad edilməsində əhəmiyyətli rol oynadı. 

Çünki təkcə ən müasir texnologiyalar, texnikalar, silahlar, aviasiya vasitələri deyil, həm də şəxsin heyətin vətənpərvərlik ruhu qələbə çaldı. Gənclərimiz bilirdilər ki, qəhrəmanlarımızın ənənələri yaşadılmalı, davam etdirilməlidir. 

Müharibədən 7-8 ay öncə, 2019-cu il dekabrın 29-da cənab prezident 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun anadan olmasının 110 illiyinin qeyd olunması haqqında sərəncam imzaladı. Həmin sərəncamın başlığında belə bir cümlə var idi: “Həzi Aslanovun şücaəti, qəhrəmanlığı, hər an torpaqları işğaldan azad etməyə hazır olan Azərbaycan ordusunun əsgər və zabitləri üçün nümunədir”. 

Təsəvvür edin, müharibədən 7-8 ay qabaq belə bir sərəncam verilir. Cənab prezident bu sözləri ilə gəncliyə demək istəyirdi ki, siz torpaqları azad etməyə hər an hazır olmalısınız və edəcəksiniz, çünki sizin Həzi Aslanov kimi nümunələriniz var. Vətən müharibəsi zamanı ilk hücuma keçən neçə-neçə tanklarımızın üzərində “Aslanov” sözü yazılmışdı. Bizim tariximizdə gənclərə nümunə ola biləcək çox sayıda vətənpərvər qəhrəmanlarımız var”. 

Polkovnik qeyd edib ki, bundan sonra da vətənpərvərlik işinin təşkili və inkişaf etdirilməsi son dərəcə vacibdir:

“Vətən müharibəsində elə igidliklər, qəhrəmanlıqlar var ki, onların dünya tarixində tayı-bərabəri yoxdur. Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı Natiq Qasımova Milli Qəhrəman adı verdi. Bir çox xarici jurnalistlər, reportyorlar dəfələrlə onun haqqında yazıblar. 

Mən hal-hazırda Natiq Qasımovla bağlı pyes hazırlayıram. Bu gün vətənpərvərlik işi təkcə orduda deyil, yeniyetmələrin və gənclərin təhsil həyatında da gücləndirilməlidir. Orduya gələn gənc vətənpərvər olmalıdır. Düşünürəm ki, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi bu işi daha da gücləndirməlidir. Biz qalib olduğumuz üçün qətiyyən arxayınlaşmamalıyıq. Düzdü, biz Azərbaycanın suverenliyini tam bərpa etmişik, amma bu qələbəni və müstəqilliyi qoruyub saxlamalıyıq. Unutmaq olmaz ki, müstəqilliyi qorumaq, onu qazanmaqdan daha çətindir. Bunun üçün də ilk növbədə vətənpərvərlik işini daha da gücləndirməliyik”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!