Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu şantaj edən şəxslər həbs edilib.
“Report”un xəbərinə görə, iyunun 27-də Azər Həsənov və Zamin Əminov direktor müavinini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 15 min manat pul tələb ediblər.
Daha sonra hər iki şəxs B.Mikayılovdan 2600 manat pul alarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Dördpendirli pizza
Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız