Vəzifəli şəxsin evində QAN DÜŞDÜ - Qonşular nə danışır?

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxsin evində QAN DÜŞDÜ - Qonşular nə danışır?

Kriminal

24 Oktyabr 2023 13:16 5901


Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb. Daha sonra 17 yaşlı oğlan anasını xəstəxanaya çatdırıb. Sakinlər isə küçənin çox sakit bir yer olduğunu, hadisədən xəbərsiz olduqlarını bildirirlər.

Əldə etdiyimiz məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən şəxsin evində baş verib. pizza hut

Yaralı qadına ilkin yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Mingəçevirə göndərilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /APA TV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!