Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi

Kriminal

17 Yanvar 2025 19:58 293


Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərazisində tikinti işləri aparan Körpü Bina Tikinti Şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edilib.

Yenisabah.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1997-ci ildə Yevlax rayonu Ərəş kəndində anadan olmuş Fərrux Rəsulov (şərti) Kəngərli kəndində saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub.

Fərrux Rəsulov həmin kənddə QAZ-31 markalı avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlanılıb. Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "gedin işinizlə məşğul olun" kimi ifadələr işlədib. Dominos pizza

Məhkəmənin qərarı ilə Fərrux Rəsulov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!