Vəziyyət gərgindir, ABŞ ordusu sərhədimizdədir 

saytların hazırlanması

Evə çatdırılma

Vəziyyət gərgindir, ABŞ ordusu sərhədimizdədir 

Dünya

26 Aprel 2024 13:17 645


Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədində vəziyyət Qərbin hərəkətləri səbəbindən getdikcə gərginləşir və partlayış xarakteri alır. 

Axar.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının baş katibinin birinci müavini Pavel Muraveyko deyib. 

“Ölkənin qərbində gərginlik nəinki artır, hətta o səviyyəyə çatıb ki, ən kiçik disbalans ciddi, rezonanslı, genişmiqyaslı təxribata səbəb ola bilər”, - Muraveyko bildirib.  Marqarita pizza

Onun sözlərinə görə, Qərb qoşunlarının Rusiya və Belarus sərhədləri yaxınlığında cəmləşməsi əvvəlki 20 illə müqayisədə ən yüksək həddə çatıb: 

“Bunlar Baltikyanı ölkələrin və Polşanın qoşunları deyil. Bunlar NATO hərbi birləşmələri, bizim dövlət sərhədimizdən 15 km aralıda yerləşən Litvadakı Padrada poliqonundakı ABŞ alaylarıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!