Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi - Foto

Siyasət

24 Dekabr 2020 18:42 1392


Gəncə Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Süleymanlı yeni vəzifəyə təyin edilib.

Yenisabah.az xəbər verir ki, müvafiq əmrlə O.Süleymanlı vəzifəsindən azad edilərək Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Oqtay Süleymanlı "Gəncə hadisələri” zamanı şəhid olan polis polkovniki İlqar Balakişiyevin yerinə təyin edilmişdi. Ondan əvvəl isə Binəqədi RPİ-də rəis müavini olub. Marqarita pizza

Qeyd edək ki, ötən ay Gəncə ŞBPİ-nin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib. Bakı polisinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev isə Gəncə polisinin rəisi olub.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!