“Virusu qorxutmağın, yolunu sizə deyim” - Təhsil Nazirliyindən koronavirus şeiri   + Foto

saytların hazırlanması

Evə çatdırılma

“Virusu qorxutmağın, yolunu sizə deyim” - Təhsil Nazirliyindən koronavirus şeiri + Foto

Sosial

07 Sentyabr 2020 18:15 1741


Təhsil Nazirliyi yeni tədris ilində məktəbli uşaqların COVID-19-la mübarizəsinə həsr olunan şeir hazırlayıb.

Yenisabah.az "Dostlar, diqqətli olun" adlı şeirin mətnini təqdim edir:

"Dostlar, diqqətli olun! pizza hut

Virusu qorxutmağın

Yolunu sizə deyim:

Əllərimi sabunla

Yaxşıca yuyuram mən,

Dərsdə, tənəffüsdə də, 

Spirtləyib silirəm.

Üzümə toxunmuram,

Gözlərimi ovmuram,

Qapının dəstəyinə,

Dostumun kitabına,

Dəftər-qələminə

Əllərimi vurmuram!

Oynasaq, sevinsək də,

Danışsaq da, gülsək də.

İki addım ara var

Həmişə aramızda. 

Soruşun, deyim, niyə?

Çünki belə edəndə

Həm özümü, həm sizi

Düşünüb qoruyuram,

Virusu da qovuram!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!