“Vito“ 3 baş camışı öldürdü

saytların hazırlanması

Evə çatdırılma

“Vito“ 3 baş camışı öldürdü

Hadisə

23 İyul 2022 21:34 1111


Şəkidə “Vito” markalı mikroavtobus qəzaya düşüb.

Yenisabah.az “qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus “Vito” markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. pizza sifarişi

Qəzadan sonra “Vito” yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, 3 baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!