Vitse-spiker Əbülfəs Qarayevi “vurdu“: “Bir-iki dəfə oxuyanlar xalq artisti oldu“

saytların hazırlanması

Evə çatdırılma

Vitse-spiker Əbülfəs Qarayevi “vurdu“: “Bir-iki dəfə oxuyanlar xalq artisti oldu“

Siyasət

16 Mart 2021 14:07 1220


Milli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli keçmiş məmurları tənqid edib.

Yenisabah.az xəbər verir ki, F.İbrahimli onların vəzifədə olduğu müddətdə Azərbaycana böyük problemlər gətirdiyini diqqətə çatdırıb. 

Vitse-spiker eks-məmurları oliqarx kimi xarakterizə edib.  Marqarita pizza

“Yadınıza gəlirsə, bir zamanlar hökumət üzvləri parlamentin sorğularına cavab vermirdi. Ya da şöbə müdiri səviyyəsində cavablar verirdi”, - deyə F.İbrahimli əlavə edib. 

Milli Məclis sədrinin müavini deyib ki, bu gün Azərbaycan təhsilinə və mədəniyyətinə ağır miras qalıb. 

“Təsəvvür edin ki, təhsildə hansı problemlər olub. Mədəniyyət sahəsinə gəlincə, televiziyalarda bir-iki dəfə oxuyanlar xalq artisti adı alıblar. Haqqı olanlar isə kənarda qalıblar”.

Qeyd edək ki, Anar Kərimovdan əvvəl Mədəniyyət naziri postunu Əbülfəs Qarayev tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!