Volodindən təkzib: “Jirinovski sağdır“

saytların hazırlanması

Evə çatdırılma

Volodindən təkzib: “Jirinovski sağdır“

Dünya

25 Mart 2022 13:54 348


Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin senator Aleksandr Pronyuşkinin LDPR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı bəyanatını təkzib edib.

Yenisabah.az xəbər verir ki, Bu barədə o, "Telegram" kanalında yazıb.

Volodin bildirib: “Mən Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır, vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçdi. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır. Özü də böyük adamdır. Onun tezliklə sağalmasını arzulayaq”. pizza sifarişi

Daha əvvəl "RİA Novosti" senatora istinadən Jirinovskinin öldüyü barədə məlumat yayıb.

Qeyd edək ki, fevralın 2-də o, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib və o vaxtdan xəstəxanadadır.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidməti Vladimir Jirinovskinin vəziyyətinin stabil olaraq qiymətləndirilir. Həkimlər bu vəziyyətdə hər cür tibbi yardım göstərməkdə davam edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!