“Xaç atası” filmindəki Karleone ailəsinin evi kirayə verilir

saytların hazırlanması

Evə çatdırılma

“Xaç atası” filmindəki Karleone ailəsinin evi kirayə verilir

Dünya

21 İyul 2022 07:44 901


Frensis Ford Koppolanın “Xaç atası” trilogiyasından olan Karleone ailəsinin evi “Airbnb”nin məşhur səyahət yerləri sifarişi xidmətində peyda olub.

Qeyri-adi təklif seriyanın ilk filminin ekranlara çıxmasının 50 illiyinə həsr olunub.

Rezervasiya şərtlərinə görə, 5 nəfərə qədər qrup avqust ayı boyunca malikanədən 30 gün ərzində və gecəlik cəmi 50 dollar ödəməklə istifadə edə biləcək. Marqarita pizza

Qeyd edək ki, Lonq Aylendin prestijli bölgəsindəki 5 yataq və 6 vanna otağına malik ev 1930-cu ildə inşa edilib. Burada həmçinin iş otağı, zirzəmidə bar, idman zalı, oyun otağı və digər məkanlar da var.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!