Xaçatryan törətdiyi cinayətləri dandı: “Xaricdən gələnlər ediblər”

saytların hazırlanması

Evə çatdırılma

Xaçatryan törətdiyi cinayətləri dandı: “Xaricdən gələnlər ediblər”

Kriminal

18 Oktyabr 2023 12:17 562


Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın məhkəməsi davam edir. 

Yenisabah.az xəbər verir ki, iclasda Xaçatryan zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib. 

O vurğulayıb ki, hücum edənlər Ermənistandan, xaricdən gələnlər, həmçinin Daşnaksütyun Partiyasının üzvləri olublar.  Dördpendirli pizza

“Dəstənin başçıları Xankəndidən idi. Amma adlarını bilmirəm. Ancaq bizim kənddən iştirak edənləri tanıyıram”, - Xaçatryan qeyd edib. 

Xaçatryan həmin hadisələrdə iştirak etmədiyini iddia edib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçatryanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərdən birinin o olduğunu bildiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!