Xaçaturyan: Qonşu dövlətlərlə normal əlaqə qurmaq istəyirik

saytların hazırlanması

Evə çatdırılma

Xaçaturyan: Qonşu dövlətlərlə normal əlaqə qurmaq istəyirik

Dünya

10 May 2024 10:53 477


Ermənistan prezidenti Vahan Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusomla görüşündə İrəvanın qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir. Toyuqlu pizza

Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf qaynar münaqişələrin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Üstəlik, Ermənistan və ABŞ arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!