Xaçmaz-Quba yolunda qəza: 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Xaçmaz-Quba yolunda qəza: 2 nəfər öldü

Hadisə

28 İyul 2022 19:09 1759


Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən baş vermiş avtoqəzada xəsarət alan "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Z.Quliyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. pizza hut

Bundan əvvəl "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb. Daha bir nəfər xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!