Xaçmazda dəhşətli qətl hadisəsi baş verib.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə rayonun Xaspoladoba oba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq qətlə yetirib. 45 yaşlı qadını öldürdükdən sonra A. Məmmədov polis idarəsinə gələrək təslim olub.
İlkin məlumata görə hadisəyə səbəb qısqanclıq olub.
Telegram kanalımız