Xaçmazda əməliyyat : 3 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda əməliyyat : 3 nəfər saxlanıldı

Kriminal

06 İyun 2023 12:14 878


Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli bilinən rayon sakinləri Elman Qasımov və Bənövşə Abasova saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Başqa bir əməliyyat-axtarış tədbiri zamanı rayon sakini Nurlan Məmmədov saxlanılıb. Sezar pizza

Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elman Qasımovun və Nurlan Məmmədovun barələrində həbs qətimkan tədbiri, Bənövşə Abasovanın barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!