Xaçmazda ər arvadını öldürdü, özünə xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda ər arvadını öldürdü, özünə xəsarət yetirdi

Kriminal

08 Sentyabr 2023 20:44 962


Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında deyilir.

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!