Xaçmazda narkotikin satışı ilə məşğul olanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda narkotikin satışı ilə məşğul olanlar tutuldu

Kriminal

01 Aprel 2025 11:06 327


Xaçmazda narkotiklərin satışı ilə bağlı iki nəfər saxlanılıb.

Bu barədə "Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 46 yaşlı Namiq Ələkbərov və 42 yaşlı Natiq Mütəllimov saxlanılıb. Onlardan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb. Sezar pizza

Saxlanılan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xaçmaz rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!