Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Hadisə

03 Yanvar 2023 20:31 673


Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiyar oğlunun meyiti tapılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, meyit şəhərin Bakı prospektində yeni inşa olunan, yaxın günlərdə açılışı gözlənilən marketin ərazisində tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Pepperoni pizza

Qeyd edək ki, sözügedən ərazinin bir qismində tikinti işləri gedir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!