Xalq artisti “Ən yaxşı aktyor“ seçildi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti “Ən yaxşı aktyor“ seçildi

Şou

27 Noyabr 2022 10:16 1143


Xalq artisti Qurban İsmayılov “Tallinn Black Nights” Film Festivalında (PÖFF) “Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, sənətçi “Mərmər soyuğu” filmindəki roluna görə sözügedən mükafata layiq görülüb.

Bu haqda layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat paylaşıb. Toyuqlu pizza

Qeyd edək ki, ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzun müddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

“Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!