“Xalq TikTokeri” Bilal Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Xalq TikTokeri” Bilal Əliyev

Şou

07 Sentyabr 2022 11:40 2573


Kiçik nöqsanlar böyük səhvlərə aparır.

(Kiçik Seneka)

“TikTok” platforması son dönəmlərin ən məşhur məkanıdır. Sözün əsil mənasında buranın da “şitin” çıxarıblar. Kimisi “öz tərbiyəsini” göstərir, kimi pul “ovuna” çıxıb, kimisi daha nələr-nələr... “TikTok” un Azərbaycanda ləvğ olunması çağırışları zamanı nə görsək yaxşıdı, xalqımızın artisti Bilal Əliyev də “TikTok” platformasından istifadə etmək qərarına gəlib. Əslində yetərincə yaş və səhnə fəaliyyəti olan bir insanın bu platformadan istifadəsinə düzgün baxmıram. Xalq artistinin belə bəsit platformadan istifadə etməyi isə məncə düzgün deyil.  pizza

Bir az keçmişə qayıdaq, Bilal Əliyev kimdi? Bilal Əliyev 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində sadə ailədə anadan olub. Əmək fəaliyyətinə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır və 1986-cı ildən bu günə kimi fəaliyyət göstərir. Müğənnilik fəaliyyəti boyunca xalq mahnılarından, bəstəkar mahnılarına qədər bir çox əsərlərə müraciət edib və ifa etdiyi musiqi əsərləri xalq tərəfdən sevilib və sevilir də. Bilal Əliyevin maraqlı ifa tərzi və səsi var. Dediyim kimi, onu hər zaman AZTV və dövlət konsertlərində görmüşük amma indi harda görürük ? Bəsit “TikTok”da! Özü də necə? Hər gün yayın cırhacırında başında yaşıl yaxud qırmızı papaq, əynində də "zamok"u boğaza qədər dartılmış qırmızı idman geyimdə.

Ötən gün mediaya açıqlama verən Xalq artisti belə demişdi: “Mənim TikTok-a gəlmə səbəbim odur ki… İnsanlar ədəbsiz danışırdılar, başqa işlər görürdülər. Fikirləşdim ki, bizim kimi mədəniyyət işçiləri bu şəbəkələrin hamısında olmalı, sözümüzü deməliyik. Qoy, insanlar mədəniləşsin, haqq-ədaləti, düzgünlüyü desinlər. Başqa adamlara təhqir yazmırlar? Mən də adi vətəndaşam, insanam”

Yəni Xalq artisti doğurdanmı insanların özlərini olduqca sərbəst apardığı bu plaatformada mədəniyyət ortamı yaradacaq?

Nə yalan deyim, mütamədi olaraq Bilal Əliyevin canlı yayımlarına ürək ağrısı ilə izləyirəm. Niyə ürək ağrısı ilə? Onu da deyim.

Bilal Əliyev bəzi zamanlarda açıqlamaları ilə gülüş obyektinə çevirilib. Ona görə də bəzi şəxslər dediyim səbələrə görə canlı zamanı xoşagəlməz ifadələr yazır. Bilal Əliyevin isə onlara cavabı gülüş obyektinə çevirir. Hətta bəzi hallarda canlı yayıma daxil olan profillərin adlarını bilməyən Bilal bəyin səsləndirdiyi adlar isə onu bir az da gülüş hədəfinə çevirir. Ən ağrısı bilirsiz nədi? Bilal Əliyevə göndərilən hədiyyələrə dayanmadan təşəkkür etməsi və adları oxuya bilməyən Bilal Əliyevin "petux", təşəkkür edirik, “itoğlu”, “Maybach”a “Maybacı”təşəkkür edirəm deməyi isə bir Xalq artisti üçün rəzillikdi. 

Əvvəlcə düşündüm ki, Bilal Əliyevin pulu bitib və TİKTOK-dan pul qazanmaq üçün istifadə edib, amma yanıldım. Ötən gün izləyicilərindən biri ifaçıya "Niyə pulun yoxdur" sualını verərkən müğənni həmin an bir dəstə yüz manatlığı göstərərək "Hər zaman cibimdə pulum olub" cavabını verdi. Yaxşı bir dəstə yüz manatı olan Bilal Əliyev niyə özünü biabr edir? Nə lüzum var axı belə gülüş hədəfinə çevrilməyə?

Ötən gün isə dediyim xoşagəlməz halların ən pik həddinə çatdı. Bilal Əliyev artıq yuxarda dediyim “tərbiyəsiz insanlara” çevirildi və küçə söyüşləri ilə dava etməyə başladı. Çöldə dilimizə almağa utandığımız söyüşləri Bilal Əliyev ən sərt şəkildə səsləndirdi. 

Əslində, Bilal Əliyevin yerində olsam daha ciddi və maraqlı bir işlə məşğul olaram. Öz üzərimdə çalışaram, yeni-yeni mahnılar axtarar, sənətimlə gündəm olaram...

Hər şeydən əlavə Bilal Əliyev Xalq artisti fəxri adına layiq görülüb. Və bu adın öz ağırılı var. Bu adı ucuz tutmaq olmaz, vallah-billah olmaz. Bu adı daşıyan hər kəs həyatına fikir verməlidi. Bu fəxri ada hörmət etməlidi. 

Bilal Əliyev isə bu cür hərəkətlərlə sənətinin üstündən xətt çəkir. Və bütün bunlardan sonra Bilal Əliyev dünyanın ən böyük səhnələrində də oxusa, ən möhtəşəm işlər də görsə, yaddaşlarda “Tiktok”çu kimi qalacaq və mütəmadi olaraq onun bu fəaliyyəti başına qaxanc olacaq. Əminəm ki, olacaq. Çünki biz xalq olaraq bir insanı zirvəyə qaldırıb, ordan yerə çırpa da bilirik.

Sonda isə Bilal Əliyevdən bir xahişim olacaq: 

“Əziz Bilal bəy siz bu ortamda özünüzü rüsvay-cahan etdiniz. Nəyə lazım idi bütün bunlar? Axı sizi tamaşaçı hər zaman ağ geyimdə səhnələrdə görüb və elə də görmək istəyir. Sizi sevənlər səhnədə, salonlarda görmək istəyir. Siz bu ölkənin xalq artistisiz, siz sənətin zirvəsinə çatan adamsınız. Əgər işsizlikdən ürəyiniz sıxılırsa, gəlin söhbət edək. Amma belə yayımlara ehtiyac yoxdu. Bu işi sizə yaraşdırmadım. Məncə saxlayın və bağlayın. Nə qədər ki, lap pis nəticələr olmayıb dayandırın və yenədə ağ geyimlə səhnədə ifalarınızla başınızı qatın. Bi "TikTok" sizin kimi xalq artistlərinin yeri deyil. Belə getsə, bu camaat sizə Xalq artisti yox, "Xalq TikTokeri" deyəcək. Vallah da deyəcək, özü də RIŞXƏNDLƏ ”. 

Turan ETİBAROĞLU 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!